[b]Daha bir legioneri “Bakı”dan FİFA-ya şikayət edəcək [/b]
02.07.2014 - 18:00
[b]Daha bir legioneri “Bakı”dan FİFA-ya şikayət edəcək [/b]

“Bakı” pullarımızı verməyib”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”dan ayrılan rumıniyalı futbolçu Marius Pena deyib.

 

O bildirib ki, əgər pullarını almasa, FİFA-ya şikayət edəcək: “Bakı”dan heç kimlə söhbət etməmişəm. İnanıram ki, klubun sahibi Hafiz Məmmədov məsələləri həll edəcək. Onlardan bir xəbər gözləyirəm. Düşünürəm ki, bütün problemlər həllini tapacaq və bizə alacağımız məbləğ ödəniləcək. Yox, əgər pullarımı ala bilməsəm, FİFA-ya şikayət edəcəyəm”.