IV turdan təxirə salınan “Səbail” – “Qarabağ” oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, matçdakı 2-ci qolun müəllifi üçün bu top tarixi olub.
“Səbail”in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı “Qarabağ”da olmaqla 20-ci qoludu. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci “onluğ”u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə “Qarabağ”dakı 25-ci topdu. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.
Qeyd edək ki, “Qarabağ” səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI