Əvəzedici heyətlərin ölkə birinciliyində XX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub.
Hər iki matçda böyükhesablı nəticə qeydə alınıb. Liderlər qrupunda qərarlaşan “Xəzər Lənkəran”la “İnter”in oyununda qonaqlar 4 cavabsız qolla qalib gəlib. Bu qələbə “İnter”i zirvəyə yüksəldib.
“Qarabağ” isə “Bakı”nı məğlub edib. Bu oyunda əsas komandanın üzvü Danilo Dias penaltidən fərqlənib.
XX tur
6 fevral
“Xəzər Lənkəran” - “İnter” – 0:4
Elnur Süleymanov, 3; Azər Salahlı, 19; 30; Abbas Hüseynov, 83
“Qarabağ” - “Bakı” – 3:0
Nurlan Əhmədov, 37; Danilo Dias, 43 (p.); Salman Cəfərov, 52