Hollandiyanın "Zoomin" telekanalı futbol üzrə 2018-ci il dünya çempionatında iştirak edəcək yığma komandaların baş məşqçilərinin illik məvaciblərinə görə sıralamasını hazırlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya Almaniya yığmasını çalışdıran Yoahim Löv başçılıq edir. Onun illik qazancı 3,8 milyon avro təşkil edir.
Tite (Braziliya) və Didye Deşam (Fransa) 2-3-cü pillələri bölüşdürürlər. DÇ-2018-in ən az maaş alan çalışdırıcısı isə Seneqal millisinin baş məşqçisi Aliu Sissedi.
1. Yoahim Löv (Almaniya) - 3,8 milyon avro
2-3. Tite (Braziliya) - 3,4 milyon avro
2-3. Didye Deşam (Fransa) - 3,4 milyon avro
4. Xulen Lopeteqi (İspaniya) - 2,9 milyon avro
5. Stanislav Çerçesov (Rusiya) - 2,5 milyon avro
6. Fernando Santoş (Portuqaliya) - 2,18 milyon avro
7-8. Karloş Keyroş (İran) - 1,9 milyon avro
7-8. Qaret Sautqeyt (İngiltərə) - 1,9 milyon avro
9. Xorxe Sampaoli (Argentina) - 1,77 milyon avro
10. Oskar Tabares (Uruqvay) - 1,7 milyon avro