UEFA Gənclər Liqasının qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası yolunun II turu və Çempionlar yolunun I mərhələsinin ilk qarşılaşmalarının təyinatlar bəlli olub.
İkincilərin yarışında çıxış edən U-19 komandaları arasında Azərbaycan çempionu “Rəvan”ın Moskvada Rusiya “Spartak”ı ilə qarşılaşmasını estoniyalı ədalət təmsilçiləri idarə edəcək.
Azərbaycan təmsilçilərinin bu yarışdakı debüt matçının baş hakimi Eyko Saar olacaq. O, iki il əvvəl Avropa Liqasının “Slima” – “Xəzər Lənkəran” qarşılaşmasında (1:1) da təmsilçimizin oyununu idarə edib.
UEFA Gənclər Liqası
I mərhələ, ilk oyun
30 sentyabr
17:00. “Spartak” (Moskva, Rusiya) – “Rəvan” (Azərbaycan)
Baş hakim: Eyko Saar
Baş hakimin köməkçiləri: Silver Koiv, Aron Halsinq (hamlsı Estoniya)
Dördüncü hakim: Yevgeni Turbin (Rusiya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Moskva. “Spartak” stadionu. 4-cü meydança
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı