Dənizli niyə istefa verdi?
29.04.2014 - 16:46
Dənizli niyə istefa verdi?

Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılmaq fikrinə düşməsinin səbəbi açıqlanıb. Apasport.az saytının əldə etdiyi xəbərə görə, müalicə məqsədilə ötən bazar İstanbula yollanan türkiyəli çalışdırıcı, böyük ehtimalla Azərbaycana qayıtmayacaq. 

 

Dənizli istefasına səbəb kimi ölkəmizdə tək yaşaya bilməməyini göstərib. Belə ki, 64 yaşlı mütəxəssis ailəsini Azərbaycana gətirmək istəsə də, xanımı buna razı olmayıb. 

 

Klubdan aldığımız xəbərə görə, Dənizli haqda yekun qərar mayın 2-də veriləcək: “Dənizli çox güman komandaya qayıtmayacaq. Mayın 2-dən sonra bu haqda açıqlama verəcəyik. Baş məşqçi postuna Mirça Rednikin gətiriləcəyi barədə isə konkret nəsə deyə bilmərik”.