“Serro Porteno” kimi böyük kluba keçdiyim üçün xoşbəxtəm. İnanıram ki, ümidləri doğruldub, məndən gözləniləni nümayiş etdirəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Derlis Meza Kolli deyib.
Paraqvaylı yarımmüdafiəçi vətənində verdiyi açıqlamada yeni keçdiyi “Serro Porteno” klubunda uğur qazanmaq iddiasında olduğunu bildirib.
Derlis “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində oynamasını da karyerasının müsbət məqamlarından olduğunu qeyd edib: “Əlbəttə ki, ölkə çempionu olub Libertadores kubokunda çıxış etdiyi üçün klubdakılar çox şaddı. Lakin “Serro Porteno” bununla kifayətlənən komanda deyil və hər ilk eyni uğuru qazanmaqda iddialıdı. Artıq beynəlxalq miqyasda da titul qazanmağın vaxtıdı. Bu komandada çıxış etmək mənim xəyalım idi. İndi buna nail oldun. “Qəbələ”nin heyətində Avropa Liqasında çıxış etdiyim üçün bəxtim gətirib. Ardınca isə Libertadores kubokunda oynamaq imkanı qazandım. Vətəndə çıxış etmək variantım yaranan kimi agentim Dario Toralesə tərəddüd etmədən razılığımı bildirdim”.
Qeyd edək ki, 201315-ci illərdə Azərbaycanda çıxış edən Derlis 2 il “İnter”in şərəfini qoruyub, son yarım ildə isə “Qəbələ”nin formasını geyinib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”