[b]Meza Kolli son çempionla anlaşdı[/b]
21.12.2015 - 14:54
[b]Meza Kolli son çempionla anlaşdı[/b]

Dünən “Qəbələ” ilə yollarını ayıran Derlis Meza Kollinin karyerasını harda davam etdirəcəyinə aydınlıq gəlib. Apasport.az saytının Paraqvay mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi bundan sonra ölkəsində çıxış edəcək.

 

27 yaşlı futbolçu Paraqvayın yüksək liqa təmsilçisi “Serro Porteno” ilə razılıq əldə edib. Oyunçu keçidi ilə bağlı fikirlərini də bildirib: “Serro Porteno” kimi böyük komandanın formasını geyinmək ən böyük xəyallarımdan biri olub”.

 

Qeyd edək ki, “Serro Porteno” Paraqvayın son Apertura çempionudu. 2013-2015-ci illərdə ölkəmizdə “İnter”in formasını geyinmiş Derlis Meza Kolli isə mövsümlərarası fasilədə “Qəbələ” ilə anlaşmışdı.