[b]Di Françesko 2 futbolçunu “Qarabağ”la oyuna saxladı[/b]
01.12.2017 - 10:02
[b]Di Françesko 2 futbolçunu “Qarabağ”la oyuna saxladı[/b]

“Qarabağ”ın Çempionlar Liqasındakı (ÇL) rəqibi “Roma” bu gün İtaliya A seriyasının XV turunda “Spal”ı qəbul edəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “canavarlar”ın baş məşqçisi Eysebio Di Françesko heyətdə bəzi dəyişikliklərə əl atıb.

 

Zədədən qayıdan Patrik Şiklə yanaşı, Cengiz Ündər də qarşılaşmanın iştirak ərizəsinə salınıbsa, 4 futbolçu kənarda qalıb. Onlardan kapitan Daniele De Rossi qırmızı vərəqə cəzalısı, Qrequar Defrel isə zədəli olduğu üçün matçı buraxacaq. İkinci ÇL-in qrup mərhələsinin son turunda “Qarabağ”la oyunda da komandasına kömək edə bilməyəcək.

 

Yarımmüdafiəçilər Raca Nainqqolan və Dieqo Perotti də “Spal”la görüşdə iştirak etməyəcək. Baş məşqçi bunu futbolçuların yorğunluğu ilə əlaqələndirib. Belə ki, Nainqqolan və Perottinin “Qarabağ”la görüşə fiziki cəhətdən hazır olması üçün çalışdırıcı bu gün onlara istirahət verib.

 

Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də Roma Olimpiya Stadionunda keçiriləcək.