[b]Dieqo Madriqal millidə oynamaq istəyir [/b]
11.08.2014 - 11:30
[b]Dieqo Madriqal millidə oynamaq istəyir  [/b]

“Gözəl qələbə qazandıq. Ümid edirəm ki, belə davam edəcəyik”. Apasport.az xəbər verir ki, bu sözləri “İnter”in kosta-rikalı hücumçusu Dieqo Madriqal deyib.

 

Öz ölkəsinin mətbuatına danışan futbolçu dünən Topaz Premyer Liqasının 2014/2015 mövsümünün ilk turunda “Qəbələ” üzərindəki 4:0 hesablı qələbəni şərh edib: “İnter” Avroliqada da uğurlu çıxış edirdi. Sadəcə, bəxtimiz gətirmədi. Çempionata isə əla başladıq. Bu mövsüm birinciliyi qazanmaq istəyirik”.

 

Öz oyunu haqda da danışan Madriqal bildirib ki, yenidən milli komandaya dəvət almaq istəyir: “Yenidən milli komandaya qayıtmaq istəyirəm. “İnter”ə gələrkən daha çox ehtiyatda qalırdım. Amma indi meydana çıxıram və baş məşqçimiz mənə güvənir. Ümid edirəm ki, yığmamızın baş məşqçisi də məni heyətə dəvət edəcək”.