[b]Souzanın vəziyyətinə aydınlıq gəldi[/b]
02.03.2018 - 20:02
[b]Souzanın vəziyyətinə aydınlıq gəldi[/b]

Azərbaycan çempionatının XVIII turunda doğma meydanda “Səbail”lə qarşılaşacaq “Kəpəz” qarşılaşmanın hazırlığını tamamlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda son məşqinə Gəncə şəhər stadionunda çıxıb.

 

Hazırlıq prosesi 50 dəqiqə davam edib. Oyunöncəsi məşq yüngül xarakter daşıyıb.

 

“Sarı-göylər”in heyətində zədəli futbolçu var. Ötən tur “Qarabağ”a qarşı görüşdə sıradan çıxan Dieqo Souzanın durumuna tam aydınlıq gəlib. Braziliyalı yarımmüdafiəçi tam hazır olmadığından, "Səbail"lə ev oyununu buraxmaq məcburiyyətində qalacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək "Kəpəz" - "Səbail" matçı saat 15:00-da start götürəcək.