“Qarabağ”da ilk rəsmi ayrılıq baş verib. Apasport.az saytının məlumatına görə, Ağdam klubu makedoniyalı müdafiəçi Vladimir Dimitrovskini birdəfəlik yola salıb.
Mövsümlərarası fasilədə Yunanıstan klubu “Kerkira”dan transfer edilən 27 yaşlı futbolçunun müqavilə müddəti artıq başa çatıb. Transfer vərəqəsi gec gəldiyi üçün Avrokubokda komandaya kömək edə bilməyən Makedoniya millisinin üzvü Topaz Premyer Liqası matçlarında da özünü yaxşı tərəfdən göstərə bilməyib.
Məşqçilər korpusu cəmi 3 çempionat oyununda meydanda olan Dimitrovski ilə yeni müqavilə imzalamağa razılıq verməyib. Nəticədə onunla yollar ayrılıb.
Qeyd edək ki, “Qarabağ”ın qış fasiləsində ilk transferi “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev olub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”