[b]Doqquzundan altısı və ya Prosineçki "Bakı"ya tərəf baxmır [/b]
17.02.2015 - 00:01
[b]Doqquzundan altısı və ya Prosineçki "Bakı"ya tərəf baxmır [/b]

Azərbaycan millisinin Antalya toplanışı üçün açıqlanan heyətində 3 yeni sima var. Apasport.az saytının məlumatına görə, Coşqun Diniyev, Elvin Camalov və Anton Krivotçuk karyeralarında ilk dəfə əsas yığmasına çağırılıblar.

 

Düzdü, Robert Prosineçkinin seçimini üzərində dayandırdığı 24 futbolçudan doqquzu milli formada rəsmi matça çıxmasa da, altısı müxtəlif vaxtlarda toplanışa dəvət alıb.

 

Amma Məhəmməd Mirzəbəyov, Məhəmməd Qurbanov, Orxan Əliyev, Namiq Ələsgərov, Rəşad Eyyubov və Emil Balayev yığmaya çağırılsalar da, meydana çıxmaq onlara nəsib olmamışdı. Amma onların heç biri Türkiyədə də debüt edə bilməyəcək. Ona görə ki, Antalya toplanışındakı yeganə qarşılaşma Ukrayna klubu “Şaxtyor”a qarşı baş tutacaq. Klubla görüş isə rəsmi matç kimi hesaba alınmır.

 

Antalyaya yollanacaq heyətdə ölkə xaricində çıxış edən futbolçulardan yalnız Balayev dəvət alıb.  Digərləri isə öz klublarına lazım olduğundan toplanışda iştirak etməyəcək. Daha bir futbolçu – Krivotçukun klubsuz olduğunu nəzərə alsaq, Premyer Liqada çıxış edən 22 oyunçu toplanışa qatılacaq.

 

Krivotçuka gəlincə, əvvəllər ölkəmizin U-17 yığmasına da çağırılan ukraynalı futbolçunun son klubu Kiyev “Zvezda”sı olub. 1998-ci il təvəllüdlü oyunçu hazırda klubsuz olsa da, Prosineçkinin onu məhz U-17-nin heyətində bəyəndiyini ehtimal etmək olar. Müdafiədə çıxış edən gənc istedad yığmamızın arxa xəttini gücləndirməlidi.

 

AZAL-la təxirə salınmış matçını keçirəcək “Neftçi”nin üzvləri hazırlığa yollanmadığından toplanışda Premyer Liqanın digər 6 klubunun oyunçuları iştirak edəcək. “Qarabağ”la “İnter” hərəsi 6, “Qəbələ” 4, “Sumqayıt” 3, “Xəzər Lənkəran” 2, “Simurq” 1 təmsilçisini Antalya hazırlıqlarına göndərəcək. Prosineçki turnir cədvəlində sonuncu olan “Bakı”nın futbolçularına ehtiyac duymayıb.

 

futbolçu

klubu

Millidə oyun

Millidə qol

Rəşad Sadıqov

Qarabağ

94

4

Vüqar Nadirov

Qarabağ

57

4

Cavid Hüseynov

Qəbələ

45

-

Ruslan Abışov

Qəbələ

44

4

Rahid Əmirquliyev

Xəzər Lənkəran

40

1

Elvin Məmmədov

İnter

32

7

Maksim Medvedev

Qarabağ

28

-

Rəşad Sadiqov

Qəbələ

23

-

Əfran İsmaylov

İnter

19

1

Bədavi Hüseynov

Qarabağ

16

-

Qara Qarayev

Qarabağ

13

-

Səlahət Ağayev

İnter

7

-2

Andriy Popoviç

Sumqayıt

2

-2

Arif Daşdəmirov

İnter

2

-

Ağabala Ramazanov

Xəzər Lənkəran

1

-

Namik Ələsgərov

Qarabağ

-

-

Elvin Camalov

Qəbələ

-

-

Maqomed Mirzəbəyov

İnter

-

-

Coşqun Diniyev

İnter

-

-

Orxan Əliyev

Sumqayıt

-

-

Məhəmməd Qurbanov

Sumqayıt

-

-

Rəşad Eyyubov

Simurq

-

-

Emil Balayev

Aynraxt (Frankfurt, Almaniya)

-

-

Anton Krivotçuk

klubsuz

-

-