[b]Dorinel Muntyanu hakimlərdən gileyləndi[/b]
17.10.2014 - 20:45
[b]Dorinel Muntyanu hakimlərdən gileyləndi[/b]

“Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının VIII turunda “Qarabağ”la oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rumıniyalı mütəxəssis 0:2 hesabı ilə uduzduqları görüşdə hakimləri ittiham edib: “Komandamız birinci dəqiqədən sona qədər yaxşı oynadı. Belə oyuna görə futbolçuları təbrik edirəm. Amma hakimlər bizә mane oldular. Düzdü, bu, məğlubiyyətə bəraət deyil”.

 

Həmkarımızın “Bu gün hakimlərdən gileylənirsiniz, bəs əvvəlki oyunlarda kim mane oldu” sualına isə Muntyanu belə cavab verib: “Həmin görüşlərlə bağlı mətbuat konfransında fikrimi demişəm. İndiki sözlərim bu oyuna aiddi. Müdafiə xəttində xırda sәhvlәr oldu və bu da qaçılmazdı. Matçı təhlil edəcəyik. Amma bunu sizinlə birilikdə edə bilməyəcəm”. 

0