[b]Dünya çempionatının açılışının detalları məlum oldu[/b]
05.06.2014 - 23:00
[b]Dünya çempionatının açılışının detalları məlum oldu[/b]

 

Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının bəzi detalları məlum olub. Apasport.az saytının məlumatına görə, şou iyunun 12-də Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.

 

Bundan 1 saat 45 dəqiqə sonra isə (Bakı vaxtı ilə iyunun 13-də gecə saat 01:00-da) San-Pauludakı “Korintians” stadionunda Braziliya və Xorvatiya milliləri arasında start oyununun fiti çalınacaq.

 

Şou çərçivəsində Cenifor Lopes və reper Pitbul kimi məşhur musiqiçilər çıxış edəcək, Beyons isə Pol Makkartni ilə bir yerdə duet oxuyacaq. Mərasimdə əfsanəvi braziliyalı Pele də iştirak edəcək.

 

Mərasimin rejissoru belçikalı Dafne Kornedir. Rejissorun işi çox çətin olub. Çünki ona futbol meydanının top örtüyünü korlaya biləcək istənilən gedişlərdən və texniki vasitələrdən istifadə etmək qadağan olunub.

 

Mərasim “Olodum” kollektivinin çıxışı ilə başa çatacaq. “Olodum” 2014-cü il dünya çempionatının rəsmi himnini oxuyacaq.