[b]Dünya çempionu aşağı liqa komandasında[/b]
14.06.2017 - 12:38
[b]Dünya çempionu aşağı liqa komandasında[/b]

“Yuventus”un gənclər komandasından ayrılan Fabio Qrossonun yeni iş yeri bəlli olub. Apasport.az saytı xəbər verir ki, o, bundan sonra B seriyasında fəaliyyət göstərəcək.

 

2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu adını qazanan Qrosso “Bari”nin baş məşqçisi təyin edilib. Məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

 

39 yaşlı çalışdırıcı yeni iş yerində gələn həftə təqdim olunacaq.

 

Qeyd edək ki, Fabio Qrossi 2003-2009-cu illərdə formasını geyindiyi İtaliya yığmasında 48 oyunda 4 qola imza atıb.