[b]Dünyanın 5-ci komandası Azərbaycanda imiş...[/b]
02.02.2015 - 10:04
[b]Dünyanın 5-ci komandası Azərbaycanda imiş...[/b]

Mövsümün ikinci yarısına da qol buraxmadan başlayan Bakının “İnter” klubu dünyanın ən yaxşı müdafiə olunan komandaları sırasındadı. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la qolsuz heç-heçədən sonra paytaxt təmsilçisi planetin ən yaxşıları sırasında mövqeyini daha da yaxşılaşdırıb.

 

17  görüşdə cəmi 7 qol buraxan Kaxaber Sxadazenin yetirmələri orta hesabla hər qarşılaşmada 0,41 topa üzülür. Bu isə planetin 5-ci göstəricinə malikdi.

 

Ən yaxşı nəticə isə Macarıstanın “Fehervar” klubuna məxsusdu – 0,35. “Zrinski” (Bosniya və Herseqovina), “Srvena Zvezda” (Serbiya) və “Partziani” (Albaniya) eyni göstərici – 0,40-la 2-4-cü yerləri bölür.

 

İlk “onluq”da yer alan məşhur klublardan “Benfika” (Portuqaliya, 0,42), “Yuventus” (İtaliya, 0,43), “Bavariya” (Almaniya, 0,44) da Bakı təmsilçisindən geri qalır.

 

Qeyd edək ki, siyahıya milli çempionatlarda ən azı 5 oyun keçirən komandalar daxildi.