[b]Eddi İsrafilov: Yığmanın oyununu bəyəndim[/b]
26.02.2015 - 10:13
[b]Eddi İsrafilov: Yığmanın oyununu bəyəndim[/b]

“Millinin Ukraynanın “Şaxtyor” klubu ilə oyununu internet vasitəsi ilə canlı izlədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov deyib.

 

İspaniyanın “Qranada” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi yığmamızın Antalya toplanışına qatılmasa da, komandamızın “Şaxtyor”la yoxlama oyununu (1:2) izləyib. Hələ yığmamızda debüt etməyən futbolçu bu oyun haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Yığmanın oyununu bəyəndim. Belə bir milli komandada oynamaq arzusu ilə baş məşqçi Robert Prosineçkinin dəvətini səbirsizliklə gözləyirəm”.

 

Qeyd edək ki, İsrafilov müqavilə ilə “Mursiya” klubuna məxsusdu.