[b]Ekvatorial Qvineya Futbol Federasiyası cəzalandırıldı[/b]
07.02.2015 - 00:55
[b]Ekvatorial Qvineya Futbol Federasiyası cəzalandırıldı[/b]

Afrika Futbol Konfederasiyası (AFK) Ekvatorial Qvineya yığmasını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna Afrika Millətlər Kubokunun yarımfinal mərhələsində Qana millisi ilə görüşdə azarkeşlərin tribunadakı xoşagəlməz hərəkətləri səbəb olub.

 

Belə ki, sözügedən qarşılaşmanın 83-cü dəqiqəsində təşkilatçı ölkənin azarkeşləri qanalı futbolçulara butulka və daşlar atıblar. Oyunun baş hakimi matçı dayandırıb. Nəticədə, Qana azarkeşləri tribunaları tərk etmək məcburiyyətində qalıblar. Qarışıqlıqların qarşısının alınmaq üçün isə polis vertolyotdan istifadə edib. Hadisə nəticəsində 36 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 14-ü xəstəxanaya çatdırılıb.

 

İntizam Komitəsi isə ötən gün bununla bağlı qərar çıxarıb. Ekvatorial Qvineya Futbol Federasiyası bütün zərər çəkən şəxslərin müalicə xərclərini öz üzərinə götürüb. Həmçinin, federasiyaya 100 min dollar cərimə kəsilib.

 

Bundan başqa, Ekvatorial Qvineya ev sahibi olaraq şərti cəza da alıb. Belə ki, milli 1 oyununu azarkeşsiz tribuna qarşısında keçirəcək. Lakin Afrika Millətlər Kubokunun 3-cü yer uğrunda baş tutacaq matçında yenidən belə hal yaşansa, qanun qüvvədə qalacaq.