[b]Elbrus Məmmədov: Bu, gənc oyunçuların təcrübə qazanmasıdı[/b]
07.02.2015 - 19:30
[b]Elbrus Məmmədov: Bu, gənc oyunçuların təcrübə qazanmasıdı[/b]

“Məncə, oyun tamaşaçıların xoşuna gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova məxsusdu.

 

Bu gün Topaz Premyer Liqasının XX turuna yekun vurulub. Cənub klubu evdə “İnter”i qəbul edib. Görüş “bankirlər”in 1:2 hesablı xeyirinə başa çatıb.

 

Qarşılaşmadan sonra gənc çalışdırıcı oyun hada fikirlərini bildirib: “Mübarizə apardıq. Güclü rəqibə qarşı oynadıq. “İnter”i qələbə münasibəti ilə təbrik edirəm. Bəli, bu gün uduzduq. Amma qələbəmiz də var. Bu, gənc oyunçuların təcrübə qazanmasıdı. Yaxın vaxtlarda 3 xal da qazanacağıq”. (pfl)