[b]Elbrus Məmmədov məğlubiyyətə şərh verdi[/b]
01.02.2015 - 19:20
“Düşünürəm ki, gərgin, maraqlı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Simurq”a 2:0 hesabı ilə məğlub olmalarına şərh verib: “Bilirdik ki, rəqib hava mübarizəsində yaxşı oynayır. Bizim oyunçularımız əzmkarlıq göstərdilər. Futbolçulara təşəkkür edirəm. “Simurq”a gələcək oyunlarda uğurlar arzu edirəm”. (pfl)
0
0