“Tottenhem” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la Bakıda keçirəcəyi görüşdə Nabil Bentalebin xidmətindən istifadə edə biləcək. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi sıraya dönüb.
Avqustda dabanından zədə alan Bentaleb 3 ay idi ki, yaşıl meydanlardan uzaq qalmışdı. Zədəsini sağaldan 21 yaşlı futbolçu bir görüşdə artıq iştirak edib. Belə ki, Bentaleb Əlcəzair yığmasının heyətində Tanzaniya ilə qarşılaşmanın (2:2) ikinci hissəsində meydanda olub.
Bu isə o deməkdi ki, “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino da Bentalebin xidmətindən istifadə edə bilər.
Gənc xavbek noyabrın 26-da “Qarabağ”la baş tutacaq matça kimi tam hazır olacaq. Onun ayın 22-də “Vest Hem”lə çempionat görüşündə də oynayacağı gözlənilir.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində keçirilən 4 turdan sonra “Tottenhem” 7 xalla birinci, “Qarabağ” isə 4 xalla üçüncü pillədə qərarlaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI