Bir sıra veteran futbolçular, o cümlədən Kazbek Tuayev, yığmamızın sabiq məşqçisi Nazim Süleymanov, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Neftçi”nin çalışdırıcısı Böyükağa Hacıyev, yığmamızın üzvləri Kamran Ağayev, Aqil Məmmədov, Anar Nəzirov, Ruslan Abışov, millimizin sabiq futbolçuları Dmitri Kramarenko, İqor Getman və digərləri mərhumun cənazəsi önündə fəxri qarovulda dayanıblar.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, bu gün ölkəmiz üçün ağır gündür, Ə. Məmmədovun ölümü ilə Azərbaycan futbolu çox şey itirib: “Onun Azәrbaycan futboluna xidmәtlәrini hәr kәsә bilir. Ələkbər Məmmədov Azәrbaycan milli komandasının baş mәşqçisi, İcraiyyә Komitәsinin üzvü kimi çalışıb, daim fәallığı ilə seçilib. Komitә mәhz onun tәcrübәsinә әsaslanaraq, lazımı qәrarlar çıxarırdı”.
Vida mərasiminin ardından “Neftçi”nin sabiq futbolçusu II Fəxri xiyabanda dəfn olunub.