[b]Əliyar Ağayevə daha bir təyinat[/b]
08.11.2017 - 10:42
[b]Əliyar Ağayevə daha bir təyinat[/b]

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununda iş başında olacaq.

 

Ağayev 7-ci qrupda keçiriləcək Avstriya – Serbiya oyununun baş hakimi olacaq. Noyabrın 10-da baş tutacaq matçda ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.