[b]Elnur Allahverdiyev çıxış yolunu göstərdi [/b]
04.07.2014 - 10:49
[b]Elnur Allahverdiyev çıxış yolunu göstərdi [/b]

“Komandanın qısa vaxtda bir araya gəlməyi, heyətin tam formalaşmamağı özünü göstərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Elnur Allahverdiyev deyib.

 

Avropa Liqasında ilk matçını keçirən “qırmızı-qaralar” “Şiroki Briyeq”lə (Bosniya və Herseqovina) qarşılaşmadan məğlub ayrıldı – 0:2. Allahverdiyevin fikrincə, məğlubiyyətə səbəb heyətin zəif olmasıdı: “Kobud səhvlər buraxdıq. Səhvlərimiz də qolla nəticələndi. Komandanı gücləndirməyə ehtiyac var. Yaxşı, güclü futbolçular transfer edilməlidi. Düzdür, qarşıda cavab matçı olacaq, hələ heç nə bitməyib. Amma etiraf edək ki, 0:2 hesablı yenilginin revanşını almaq çətindi”.

 

Allahverdiyev vurğulayıb ki, komandadan ayrılan futbolçular heyətdən getməsəydilər, daha yaxşı çıxış edə bilərdilər: “Razıyam, aparıcı futbolçularımız qalsaydı, nəticə fərqli olardı. Həm də oturuşmuş sistemimiz var idi”.