PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçiriləcək qarşılaşmalar haqda danışıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis püşkatmanın nəticəsindən məmnun qaldığını söyləyib.
Emeri “Real”ı mübarizədən kənarlaşdıracaq gücdə olduqlarını vurğulayıb: “Yaxşı püşk oldu. Əminəm ki, biz “Real”la rəqabət apara bilərik. Çempionlar Liqasında uğur əldə etmək üçün ən yaxşısını məğlub etmək lazımdı. 1/8 final bərabər gücdə olan komandaların qarşılaşması üçün yaxşı vaxtdı. “Real”a qarşı xarakter göstərməliyik, taktiki bacarıqdan və istedaddan yararlanmalıyıq. İstedad çox vacib amildi”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 14-də, cavab qarşılaşması isə martın 6-da baş tutacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI