PSJ-də baş məşqçi Unai Emeri ilə hücumçu Neymar arasındakı mübahisə gündəmdən düşmür. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, cütlük arasındakı problemin böyüməməsi üçün çalışdırıcı geri addım atıb.
Belə ki, Neymarın ən çox narazılıq bildirdiyi məqam ispaniyalının videotəkrar təhlilinə çox vaxt ayırmasıdı. Emeri “sambaçı”nı razı salmaq üçün təhlil müddətini azaldıb. Buna baxmayaraq, Neymarın tez-tez çalışdırıcıdan şikayət etdiyi vurğulanır. Braziliyalı hətta məşqlər zamanı hərəkətləri və jestləri ilə baş məşqçini eşitmək istəmədiyinə işarə vurur.
Qeyd edək ki, yayda “Barselona”dan 222 milyon avroya transfer edilən Neymarın bundan əvvəl komanda yoldaşı Edinson Kavani ilə arası dəymişdi.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”