Mövsümü vaxtından əvvəl bitirən “Ayntraxt”ın azərbaycanlı qapıçısı Emil Balayevin zədəsi gözləniləndən ağır olub. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı həmyerlimiz təkrar tibbi müayinədən keçib.
Məlum olub ki, menisk zədəsi alan Balayevin durumu ciddidi və o, mütləq əməliyyat olunmalıdı. Məşq prosesində xəsarət almış Emil cərrahiyyə masasına uzanacaq.
Balayevdən əlavə, avstriyalı qapıçı Haynts Lindnerin dizindən zədələnməsi baş məşqçi Niko Kovaçın işini çətinləşdirib. Hazırkı məqamda xorvatiyalı çalışdırıcının ixtiyarında cəmi 2 qapıçı – Lukas Hradeçki və Yannik Zummak var.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil Balayev 2015-ci ildən “Ayntraxt”ın futbolçusudu.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq