Noyabrın 9-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2019-un seçmə mərhələsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Samir Ələkbərovun baş məşqçisi olduğu yığmamız Almaniya ilə qarşılaşacaq.
“Dalğa Arena”dakı matç iki ölkənin U-21 yığmaları arasında 6-cı duel olacaq. İndiyədək millimiz Bundestimlə 5 dəfə qarşılaşıb. Bütün qarşılaşmalar da rəqibin xeyrinə başa çatıb.
Yığmamızın tarixinə baxsaq, Almaniya ən çox uduzduğumuz iki komandadan biridi. Bundestim kimi Avstriya da millimizə 5 dəfə qalib gəlib. Amma sonuncular 5 deyil, 6 oyunda bu qədər uğur əldə edib.
U-21 üçün ən amansız rəqib olan Bundestim 5 görüşdə 16 qol vurubsa, yığmamız yalnız 2 dəfə fərqlənib. Son iki qarşılaşmada uduzsaq da, qol da vurmuşuq.
Top fərqində Avstriya millimiz üçün daha qeyri-münasibdi. Bu rəqiblə görüşlərdə 1 qol vurub, 18-ni buraxmışıq. Həm fərq, həm buraxılan toplarda almaniyalılar geri qalsa da, onlar 6-cı matçda millimiz üçün antirekord müəyyənləşdirə bilər. Söhbət ən çox qol buraxdığımız rəqib ünvanından gedir. Bu göstəricidə rekorda şərik olmaq üçün Bundestimə 2, ən böyük fərqi təkrarlamağa 3 top lazımdı.
Azərbaycan – Almaniya: U-21-lərin bütün seçmə oyunları
08.10.2004. Azərbaycan – Almaniya – 0:2
02.09.2005. Almaniya – Azərbaycan – 2:0
08.09.2015. Azərbaycan – Almaniya – 0:3
13.11.2015. Almaniya – Azərbaycan – 3:1
06.10.2017. Almaniya – Azərbaycan – 1:6
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”