[b]Ən yaxşı yarımmüdafiə xətti “Neftçi”də imiş [/b]
02.05.2014 - 09:03
[b]Ən yaxşı yarımmüdafiə xətti “Neftçi”də imiş [/b]

Topaz Premyer Liqasının XXXII turunun ən yaxşı futbolçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərdə “Bakı”nın futbolçusu Risto Ristoviç turun ən yaxşısı seçilib. Legioner “Sumqayıt”la matçda komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.

 

Rəmzi yığmada “Neftçi”nin üzvləri çoxluq təşkil edib. Turun ən yaxşı 11 futbolçusundan 6-sı “ağ-qaralar”ın oyunçularıdır. Yarımmüdafiə xətti isə bütövlükdə “Neftçi” oyunçularından təşkil olunub.

 

Qapıçı – Səlahət Ağayev (İnter)

Müdafiəçilər – Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Mahir Şükürov (Neftçi)

Yarımmüdafiəçilər – Flavinyo (Neftçi), Rəşad Sadiqov (Neftçi), Erik Ramos (Neftçi), Samir Məsimov (Neftçi)

Hücumçular – Risto Ristoviç (Bakı), Aleksandr İaşvili (İnter)