“Qarabağ”ın futbolçusu Vüqar Nadirov Azərbaycan kubokunun ən yaxşı bombardiri olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu 2014/15 mövsümünü 5 qolla başa vurub.
Ölkə kubokunun finalında Nadirova çatmaq imkanı olan futbolçulardan heç biri bu imkandan yararlanmayıb. Düzdü, onun komanda yoldaşı Reynaldo ilk yarıda dubla imza atıb. Amma braziliyalı qarşılaşmada 3-cü qolunu vursa da, Vüqara çatmağa müyəssər olmayıb.
Reynaldo kubokun bombardirləri yarışında “Simurq”da 4 qola imza atan serbiyalı Draqan Çeranla 2-ci yeri bölüb. Finalda daha bir qola imza atan Ernest Nfor 2-ci dəfə fərqlənib, 10 ən yaxşı bombardir siyahısına daxil olub.
Azərbaycan kuboku
2 və daha çox qol vuranlar
|
yer |
futbolçu |
klub |
qol |
|
1 |
Vüqar Nadirov |
“Qarabağ” |
5 |
|
2-3 |
Draqan Çeran |
“Simurq” |
4 |
|
|
Reynaldo Silva |
“Qarabağ” |
4 |
|
4 |
Nikolas Kanales |
“Neftçi” |
3 |
|
5-10 |
Arif Daşdəmirov |
“İnter” |
2 |
|
|
Baçana Sxadadze |
“İnter” |
2 |
|
|
Bəxtiyar Soltanov |
“Qəbələ” |
2 |
|
|
Cavid Tağıyev |
“Qarabağ” |
2 |
|
|
Ernest Nfor |
“Neftçi” |
2 |
|
|
Röyal Nəcəfov |
MOİK |
2 |