[b]Erik Ramos: Hücumda istədiyimizi nümayiş etdirə bilmədik[/b]
18.08.2015 - 12:42
[b]Erik Ramos: Hücumda istədiyimizi nümayiş etdirə bilmədik[/b]

“İnter”lə oyunun çətin keçəcəyini bilirdik. Erkən azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Erik Ramos deyib.

 

Paraqvaylı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının II turunun “İnter”lə səfər oyunu haqda fikirlərini açıqlayıb: “Hücumda istədiyimizi nümayiş etdirə bilmədik. Nəticə qazanmağı hamı kimi biz də istəyirik. Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdi. Əsas odu ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiz ki, biz məqsədimizə çatacağıq”.

 

Qeyd edək ki, “Neftçi” “İnter”lə səfər oyununda 0:1 hesabı ilə uduzub.