[b]Ermənilərin oyununda azərbaycanlı [/b]
07.07.2014 - 11:20
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək qarşılaşmada iş başında olacaq.
Xudiyev iyulun 10-da keçiriləcək "Astana" (Qazaxıstan) - "Pünik" (Ermənistan) oyununun hakim-inspektoru təyin edilib. Həmyerlimizin iştirak etdiyi qarşılaşma Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçiriləcək.
Mənbə: affa.az
0
0