“Qəbələ”nin futbolçusu Ermin Zets AVRO-2016-nın pley-off mərhələsində iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Bosniya və Herseqovina milli komandasının heyətindən çıxarılıb.
Belə ki, balkanlıların baş məşqçisi Mehmed Bajdareviç İrlandiya ilə həlledici qarşılaşmalar üçün açıqladığı heyətə əl gəzdirib. 28 futbolçudan ibarət siyahıdan 3 oyunçunu kənarlaşdıran mütəxəssis Zetsə də ehtiyac duymayıb. Marin Anisiç və Rade Kruniç də Erminlə eyni taleyi yaşayıb.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə İrlandiya arasında ilk matç noyabrın 13-də baş tutacaq. Həmin görüşə çağırılan 25 oyunçu arasında ölkəmizdə çıxış edən digər legioner – “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də yer alıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI