2015-ci ilin ilk paytaxt derbisini idarə edəcək Elvin Əsgərov AZAL – “Neftçi” qarşılaşmasına təyinat alıb. Apasport.az saytının məlumatına görə, bu matç referinin cari çempionatda 9-cu qarşılaşması olacaq.
Həmin görüşlərin 2-də meydan sahibləri, 3-də qonaqlar qalib gəlibsə, 3 dəfə güclü müəyyənləşməyib.
Əsgərovu “Neftçi” üçün uğurlu saymaq olmaz. Bakılılar həm “Qəbələ” (0:0), həm də “Xəzər Lənkəran”la (2:2) görüşlərdə xal itirib. AZAL isə 3 oyunda 4 xal toplayıb. “Təyyarəçilər” “İnter”i büdrədib (1:1), “Bakı”dan 3 xal (0:1, 3:1) alıblar.
AZAL-ın iştirakı ilə 4-cü paytaxt derbisinə çıxacaq Əsgərov onlara 1 dəfə say üstünlüyü qazandırıb. “Neftçi”nin matçında isə hər komandaya 2 qırmızı vərəqə verib. Ümumilikdə, Əsgərov penalti vermədiyi çempionat matçlarında yarısı meydan sahiblərinin, yarısı qonaqların olmaqla, 6 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, AZAL – “Neftçi” oyunu yanvarın 31-də keçiriləcək.