Azərbaycan millisi bu gün 2015-ci ildə son oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Moldova ilə qarşılaşmada ilin əvəzolunmazları da müəyyənləşəcək.
Yığmamızın 2015-ci ildə keçirdiyi 7 qarşılaşmada yalnız iki futbolçu əvəzolunmadan meydana çıxıb. Onlar 90 dəqiqə meydanda olmaq ənənəsini Moldova ilə görüşdə də davam etdirməyə çalışacaqlar.
Rahid Əmirquliyev və Kamran Ağayev ilk 7 matçdan sonra ili əvəzolunmadan bitirməyə namizədlərdi. Onlar bu görüşlərdə 630 dəqiqə meydanda olublar. Əmirquliyevin 2 qol vurduğu görüşlərdə Ağayev 11 top buraxmaqla “fərqlənib”. Rahidin 2, Kamranın isə 1 sarı vərəqəsi də var.
Bu iki oyunçu ilə yanaşı, daha 6 futbolçu əvvəlki 7 qarşılaşmada iştirak edib. Lakin onlar əvəzolunmadan forma geyinməyiblər.
7 matç iştirakçısı olanlardan ikisinin Moldovaya qarşı oynamayacağı dəqiqdi. Bunlar heyətdə olmayan Rəşad Sadıqovla Dmitri Nazarovdu. Millinin oyun sayında rekordçusu və kapitanı olan Sadıqov da, ilin bombardiri Nazarov da zədə üzündən yoxlama matçında iştirak edə bilməyəcək.
Bu üzdən onlar ilin ən çox oyun keçirən futbolçusu olmaq şansını qaçırıb. Əvvəllər AFFA-nın təsis etdiyi mükafat artıq mövcud olmasa da, 2015-ci ildə yığmada daha çox oynayan futbolçunun kimliyi maraq doğurur.
Kamranla Rahidin oynamayacağı halda, Daşdəmirov və İsmayılov önə keçə bilər. Onlar kimi Qara Qarayev və Ruslan Qurbanov da 8-ci dəfə meydana çıxmaq imkanına malikdi.
|
FUTBOLÇU |
OYUN |
DƏQ |
QOL |
SARI |
QIRMIZI |
|
Kamran Ağayev |
7 |
630 |
-11 |
1 |
0 |
|
Rahid Əmirquliyev |
7 |
630 |
2 |
2 |
0 |
|
Rəşad Sadıqov* |
7 |
585 |
0 |
1 |
0 |
|
Arif Daşdəmirov |
7 |
567 |
0 |
1 |
0 |
|
Əfran İsmayılov |
7 |
562 |
0 |
0 |
0 |
|
Qara Qarayev |
7 |
546 |
0 |
2 |
0 |
|
Ruslan Qurbanov |
7 |
534 |
0 |
1 |
0 |
|
Dmitri Nazarov* |
7 |
493 |
3 |
1 |
0 |
* - Moldova ilə oyuna çağırılmayıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI