[b]Əvvəlcə rəqib, sonra Qriqorçuk[/b]
18.08.2015 - 20:23
[b]Əvvəlcə rəqib, sonra Qriqorçuk[/b]

Avqustun 20-i UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Qəbələ" Yunanıstanın "Panatinaikos" komandasını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” - “Panatinaikos” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - avqustun 19-u saat 18:45-də arenanın media zalında start götürəcək.

 

İlk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq.

 

20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.