[b]Fariz Nəcəfov: Əgər Yuri Syomin istefa versə...[/b]
31.03.2014 - 10:35
[b]Fariz Nəcəfov: Əgər Yuri Syomin istefa versə...[/b]

“Yuri Syomin “İnter”lə görüşdən sonra istefa verməyib”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Topaz Premyer Liqasının XXVII turunda “İnter”ə 1:4 hesablı yenilgidən sonra “Qəbələ”nin rusiyalı baş məşqçisi Yuri Syominin istefa verdiyi bildirilir. Ancaq klub rəhbərliyi hələ komandanın avrokubok şansları qaldığı üçün onun istefa ərizəsini qəbul etməyib.

 

Xəbəri dəqiqləşdirmək üçün Nəcəfovla əlaqə saxladıq: “Belə bir şey olmayıb. Tam səmimiyyətimlə deyirəm. Bizim hələ şanslarımız tükənməyib. Əvvəllər uğurlu çıxış edirdiksə, indi uğursuzluq sindromuna düşmüşük. Bu hər komandanın başına gələ bilər. Əgər Syomin istefa versə, bunu biləcəksiniz”.

 

Vitse-prezident futbolçularının nizam-intizama diqqət ayırmalarından da danışıb: “Ümumiyyətlə, komandamıza qarşı son vaxtlar təzyiq çoxalıb. Yalnız uğursuzluğumuz ön plana çəkilsə, başa düşmək olar... Azərbaycanda qəlyan çəkməyən futbolçu yoxdur. Qəbələdə isə bir yerdə qəlyan çəkilən yer var. Biz futbolçularımızın həmin yerə gedib qəlyan çəkməsinə qadağa qoymuşuq”.

0