“Neftçi”nin yarımmüdafiəçisi Fəhmin Muradbəylinin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 19 yaşlı futbolçunun zədəsi o qədər də ciddi deyil.
Topaz Premyer Liqasının XVIII turunda “Kəpəz”lə səfər qarşılaşmasının birinci hissəsində zədələnən gənc oyunçunun ayağının qırıldığı güman edilirdi. Həkimlər ilkin rəy kimi onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlamışdılar.
Lakin bu gün MRT-dən keçən Fəhminin ayağında qırıq aşkarlanmayıb. Məlum olub ki, futbolçunun çeçələ barmağında çat əmələ gəlib. Həkimlər Muradbəylinin 3 həftədən sonra məşqlərə başlaya biləcəyini deyiblər. Bu isə o deməkdi ki, gənclər millimizin üzvü qış təlim-məşq toplanışına qədər hazır olacaq.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”