[b]Fərid Nəbiyev Çexiyada dubl etdi[/b]
06.11.2017 - 16:25
[b]Fərid Nəbiyev Çexiyada dubl etdi[/b]

Azərbaycanlı futbolçu Fərid Nəbiyev Çexiyada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi “Slaviya”nın U-21 komandasının heyətində “Slovan”la matçda iştirak edib.

 

U-21-lərin çempionatında XIV tura təsadüf edən görüşdə 90 dəqiqə meydanda olan “Qəbələ”nin yetirməsi “Slaviya”ya qələbə qazandırıb. Belə ki, hesab 2:2 olarkən səhnəyə çıxan 18 yaşlı oyunçu 73 və 86-cı dəqiqələrdə fərqlənərək, dubla imza atıb – 4:2.

 

Qeyd edək ki, “Slaviya” bu nəticədən sonra xallarının sayını 20-yə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib.