[b]FİFA-dan inqilabi qərar: dünya çempionatı zamanı iki fasilə imkanı[/b]
10.06.2014 - 06:13
[b]FİFA-dan inqilabi qərar: dünya çempionatı zamanı iki fasilə imkanı[/b]

 

FİFA Braziliyada keçiriləcək dünya çempionatı zamanı baş hakimlərə oyun ərzində iki fasilə götürməyə icazə verib. Apasport.az saytının məlumatına görə, fasilələr havanın hərarəti 32 dərəcəni keçən zaman götürülə bilər.

 

Bu zaman fasilələrin ancaq oyunun 30-cu və 75-ci dəqiqələrində götürülməsinə icazə verilir. Fasilələr 3 dəqiqə davam edə bilər. Hakimlər fasiləyə itirilən vaxtı hər hissənin sonunda əsas vaxta əlavə edəcəklər.