[b]FİFA-dan selfi çubuğu qadağası[/b]
09.02.2018 - 11:48
[b]FİFA-dan selfi çubuğu qadağası[/b]

FİFA yayda Rusiyada keçiriləcək dünya çempionatında azarkeşlərin davranış qaydalarını müəyyənləşdirib. Apasport.az saytı “İsvestiya” nəşrinə istinadən xəbər verir ki, futbolsevərlərə mundial müddətində tribunaya 50 əşya aparmaqla bağlı qadağa qoyulub.

 

Onların sırasına alkoqol, silah, pirotexniki vasitə və digər əşyalarla yanaşı selfi çubuğu da aiddi. Belə ki, ali futbol qurumu tribunalarda dava düşəcəyi təqdirdə, azarkeşlərin bu alətdən soyuq silah kimi istifadə edə biləcəyini düşünür. Fanatlar tütək və digər musiqi alətlərini də özləri ilə oyunlara aparmaq hüququndan məhrum olublar.

 

Azarkeşlər stadionlarin girişində stüartlar tərəfindən yoxlanılacaqlar.

 

Qeyd edək ki, FİFA DÇ-2018-də milli komandalarının ilkin iştirak ərizəsindəki oyunçu sayının 30-dan 35-ə artırılmasına da qərar verib.