FİFA “Trabzonspor”la bağlı qərarını dəyişib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “bordo-mavililər”ə verilən transfer qadağası cəzası ləğv olunub.
Məsələ burasındadı ki, Superliqa təmsilçisi sabiq futbolçu Matuş Beronun transferi üçün “Trenkin” klubuna 250 min avronu vaxtında ödəməmişdi. Bu səbəbdən FİFA ötən ay “Trabzonspor”a transfer qadağası qoymuşdu. Lakin etirazlar öz bəhrəsini verib və cəza qüvvədən düşüb. Bu isə o deməkdi ki, Qara dəniz klubu yayda istədiyi oyunçuları heyətinə qata biləcək.
Qeyd edək ki, hazırda icarə əsasında “Qarabağ”ın formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdu.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI