[b]FİFA Mərakeşə qarşı, Şimali Amerika variantına razıdı[/b]
12.03.2018 - 11:47
[b]FİFA Mərakeşə qarşı, Şimali Amerika variantına razıdı[/b]

FİFA DÇ-2026-nın Mərakeşdə keçirilməsinə qarşıdı. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “L`Expression” nəşri yayıb.

 

Bildirilir ki, ali futbol qurumunun rəhbərliyi 8 il sonra baş tutacaq mundialın Şimali Amerikada keçirilməsi üçün əlindən gələni edir. Bu materikdən 3 ölkə - ABŞ, Kanada və Meksika dünya çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürüb. Afrikadan isə yalnız Mərakeş bu hüquqa yiyələnmək arzusundadı.

 

DÇ-2026-nın təşkilatçılığı ABŞ-a verilməsə, bu, FİFA prezidenti Canni İnfantinonun siyasi məğlubiyyəti olacaq. Bu məqam isə İnfantinonun yenidən qurumun prezidenti seçilməsinə təsir edə bilər.

 

Digər səbəb kimi isə Afrika qitəsinin bəzi nümayəndələrinin korrupsiya məsələsinə görə postlarından qovulması göstərilir.

 

Qeyd edək ki, DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin adı 2020-ci ilin mayında açıqlanacaq.