[b]FİFA referisi I diviziona göndərildi[/b]
25.09.2014 - 11:00
AFFA-nın Hakimlər Komitəsi bu gün keçiriləcək I divizionun oyunlarına təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, IV turun qarşılaşmalarını idarə edəcək ədalət təmsilçiləri arasında FİFA referisi Əliyar Ağayev də var.
Qurum “Rəvan” və “Zirə” arasında qarşılaşmanı məhz ona tapşırıb. Maraqlıdır ki, daha iki görüş beynəlxalq dərəcəli hakimlərə həvalə olunub. Sabiq FİFA referilərindən Fariz Yusifov “Şahdağ” – “Bakılı”, Vüsal Əliyev “Neftçala” – MOİK görüşündə fit çalacaq.
Qeyd edək ki, bu oyunlardan ikisi bu gün, sonuncusu isə sabah baş tutacaq.
0
0