[b]Firminodan yeni müqavilə[/b]
29.04.2018 - 22:33
[b]Firminodan yeni müqavilə[/b]

“Liverpul”un hücumçusu Roberto Firmino klubu ilə yeni müqavilə bağlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı forvardın maaşı da artırılıb.

 

Yeni anlaşmaya əsasən, Firmino 2023-cü ilə qədər “mersisaydlılar”a məxsus olacaq. Onun həftəlik məvacibi isə 180 min funt-sterlinqə yüksəldilib.

 

Qeyd edək ki, 2015-ci ildən “Liverpul”un formasını geyinən Firmino cari mövsüm meydana çıxdığı 50 matçda 27 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.