[b]Flavinyo “Qarabağ”a qarşı oynamayacaq[/b]
30.05.2015 - 15:55
[b]Flavinyo “Qarabağ”a qarşı oynamayacaq[/b]

"Neftçi"nin futbolçusu Flavinyo Azərbaycan kubokunun final oyununda iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb braziliyalı legionerin zədəli olmasıdı.

 

Topaz Premyer Liqasının XXIX turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"la keçirilmiş matçda zədələnən futbolçu müalicəsini vətənində davam etdirəcək. “Neftçi”nin kapitanı bu gün Braziliyaya yola düşəcək.

 

“Qarabağ”la iyunun 3-də Qəbələdə keçiriləcək final oyununu buraxacaq Flavinyo "Neftçi"nin Avstriya təlim-məşq toplanışında komandanın düşərgəsinə qoşulacaq.

 

Mənbə: neftchipfk.com