[b]Fransa - Almaniya matçı zamanı partlayış baş verib[/b]
14.11.2015 - 10:21
[b]Fransa - Almaniya matçı zamanı partlayış baş verib[/b]

Fransa yığmasının Almaniya ilə dünən keçirdiyi yoldaşlıq oyunu zamanı “Stad de Frans” stadionunun qarşısında partlayış baş verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ilkin ehtimala görə, partlayış stadionunda barında olub.

 

Oyunu tribunadan izləyən Fransanın prezidenti Fransua Olland dərhal evakuasiya edilib.

 

Partlayışa rəğmən matç yarımçıq dayandırılmayıb. Komandalar sona qədər oynadıqdan sonra meydanı tərk ediblər. Azarkeşlər isə bir neçə saatdan sonra stadiondan buraxılıb.

 

Eyni zamanda, “Bataklan” teatrında naməlum şəxslər bir neçə nəfəri əsir götürüblər. Parisdə baş verən terror hadisələri nəticəsində 30 nəfərin öldüyü bildirilir.

 

Hadisə ilə əlaqədar, Fransa yığmasının noyabrın 17-də Londonda İngiltərə millisi ilə keçirəcəyi yoldaşlıq görüşü təxirə salına bilər.