[b]Fransa yığmasının üzvünə “Barselona”dan təklif[/b]
10.11.2017 - 16:42
“Lion”un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.
Kataloniya klubu 3 aydan çoxdu ki, Fekirin oyununu izləyir. Bundan əlavə, “Barsa”nın idman direktoru Roberto Fernandes “Lion”un Avropa Liqasında “Everton”la keçirdiyi matçı (3:0) canlı izləyərək, Nabil haqda qeydlərini götürüb.
24 yaşlı futbolçu özü də İspaniyaya köçməyə qarşı deyil.
Qeyd edək ki, Fekir cari mövsümdə “Lion”un heyətində ümumilikdə 15 oyun keçirib və 12 qola imza atıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0