[b]Fransalı futbolçu 1 illik futboldan uzaqlaşdırıldı[/b]
27.02.2018 - 19:39
[b]Fransalı futbolçu 1 illik futboldan uzaqlaşdırıldı[/b]

Dopinqdən istifadə etməkdə günahlandırılan Samir Nəsrinin cəzası açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə UEFA rəsmi məlumat yayıb.

 

Qitənin ali futbol qurumu fransalı oyunuya 6 aylıq cəza verib.

 

Samir bir müddət öncə UEFA-nın dopinq qəbul etməsi barədə araşdırma aparması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, bu qurum futbolçunun etirazını rədd etmişdi.

 

Karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda top qovmuş Nəsrinin son klubu “Antalyaspor” olub. 30 yaşlı futbolçu bu qışda Antalya təmsilçisindən ayrıldıqdan sonra işsizdi.

 

Qeyd edək ki, bir müddət öncə İspaniyanın “Marka” qəzetində fransalı futbolçunun 1 il müddətinə cəzalandırılacağı barədə xəbər yayılmışdı.